Yuxarı

Donald Tramp və Kim Çen In ABŞ və KXDR səfirliklərinin açılmasının tərəfdarıdır

​Tramp və In ABŞ və KXDR səfirliklərinin açılmasının tərəfdarıdır
Vaşinqton və Pxenyan qarşılıqlı şəkildə ABŞ və KXDR-də nümayəndəliklərin açılmasının tərəfdarıdır

Bakı. 28 fevral. REPORT.AZ/ Rəsmi Vaşinqton və Pxenyan qarşılıqlı şəkildə ABŞ və KXDR-də nümayəndəliklərin açılmasının tərəfdarıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda keçirilən görüşdə bildiriblər.

Kim Çen In Pxenyanda ABŞ nümayəndəliyinin açılmasına icazə verilməsinə hazırlıqla əlaqədar suala cavabında deyib: "Belə addımı yalnız alqışlayardıq".

"Hər iki tərəf açsın, bu, yaxşı fikirdir", - D.Tramp əlavə edib.

Xatırladaq ki, daha əvvəl Şimali Koreya lideri KXDR-in nüvəsizləşdirmə niyyətini təsdiqləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi