Yuxarı

Taylandda koronavirusdan qorunmaq üçün hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib

​Taylandda koronavirusdan qorunmaq məqsədilə hava limanlarında təhlükə

Tayland Səhiyyə Nazirliyi Çinin Uhan şəhərində aşkarlanan yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ölkənin hava limanlarında və xəstəxanalarında təhlükəsizlik səviyyəsini ən yüksək həddə çatdırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu cür tədbirlər Çindən çox sayda turistin Taylandda qeyd etməyə gələcəyi Çin Yeni ilinin yaxınlaşması ilə əlaqədardır.

Səhiyyə nazirinin müavini Suxum Kançanapimainin sözlərinə görə, mütəxəssislər Çindən birbaşa uçuşlar həyata keçirilən yerli hava limanlarına gələn turistləri yoxlayacaqlar. Nazirlik həmçinin bütün özəl və dövlət xəstəxanalarına yoluxmuş insanları müalicə etmələrini tapşırıb.

Xatırladaq ki, dekabrın sonlarında Çin hökuməti Uhan şəhərində naməlum mənşəli sətəlcəm xəstəliyinin baş verdiyini açıqlayıb. Ekspertlər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu təsbit ediblər. Yeni növ koronavirusdan ilk ölüm hadisəsi yanvarın 11-də olub, ikinci şəxs isə yanvarın 15-də ölüb.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatının yeni xəstəliklər bölməsinin rəhbəri Mariya Van Kerkhove yeni növ koronavirusun hava damlacıqları şəklində insandan insana keçə biləcəyini söyləyib. ÜST yeni virus aşkar edildikdən sonra ölkələr arasında ticarəti və ya hərəkəti məhdudlaşdırmamağa dair çağırış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi