Yuxarı

Son 9 ildə dünyada miqrantların sayı 51 milyon nəfər artıb

​Son 9 ildə dünyada miqrantların sayı 51 milyon nəfər artıb

Dünyadakı miqrantların sayı 272 milyon nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

2019-cu ilin məlumatlarına görə, ən çox beynəlxalq miqrant Avropadadır - 82 milyon. Şimali Amerikada 59 milyon, Şimali Afrika və Qərbi Asiyada 49 milyon miqrant var.

"Dünyadakı beynəlxalq miqrantların sayı 2019-cu ildə təqribən 272 milyona çatıb ki, bu da 2010-cu ildəkindən 51 milyon çoxdur. Hazırda beynəlxalq miqrantlar dünya əhalisinin 3,5%-ni təşkil edir. 2000-ci ildə bu rəqəm 2.8% idi", - deyə BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin məlumatında qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi