Somalidə Polis Akademiyasında terror aktı törədilib, 13 nəfər ölüb

Somalidə Polis Akademiyasında terror aktı törədilib, 13 nəfər ölüb Polis Akademiyasında parad keçirilən zaman terrorçu-kamikadze əraziyə daxil olaraq, üzərindəki partlayıcını partladıb
Digər ölkələr
14 Dekabr , 2017 11:46
Somalidə Polis Akademiyasında terror aktı törədilib, 13 nəfər ölüb
AFP 2017 / Mohamed Abdiwahab

Bakı. 14 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda Polis Akademiyasında törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin nümayəndəsi Məhəmməd Hüseyn bildirib.

Onun sözlərinə görə, General Kahiye adına Polis Akademiyasında parad keçirilən zaman terrorçu-kamikadze əraziyə daxil olaraq, üzərindəki partlayıcını partladıb.

“Əş-Şabab” terrorçu qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi