Bakı. 14 dekabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda Polis Akademiyasında törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, 15 nəfər yaralanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin nümayəndəsi Məhəmməd Hüseyn bildirib.
Onun sözlərinə görə, General Kahiye adına Polis Akademiyasında parad keçirilən zaman terrorçu-kamikadze əraziyə daxil olaraq, üzərindəki partlayıcını partladıb.
“Əş-Şabab” terrorçu qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.