Şimali Koreya yeni müdafiə zavodunda istehsal edilən RYAS-ı sınayıb

Şimali Koreya yeni müdafiə zavodunda istehsal edilən RYAS-ı sınayıb Aprelin 25-də Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni müdafiə sənayesi müəssisəsində istehsal olunmuş 240 mm-lik reaktiv yaylım atəşi sistemlərinin (RYAS) sınaq atışlarını həyata keçirib.
Digər ölkələr
26 Aprel , 2024 03:27
Şimali Koreya yeni müdafiə zavodunda istehsal edilən RYAS-ı sınayıb

Aprelin 25-də Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni müdafiə sənayesi müəssisəsində istehsal olunmuş 240 mm-lik reaktiv yaylım atəşi sistemlərinin (RYAS) sınaq atışlarını həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi bildirib.

Bildirilib ki, sınaqlar zamanı mərmilərin uçuş xüsusiyyətləri, dəqiqliyi və digər parametrləri qiymətləndirilib.

Tədbirdə Dövlət Şurasının sədri Kim Çen In da iştirak edib. O qeyd edib ki, yeni texnologiyaları özündə birləşdirən 240 mm-lik RYAS Koreya Xalq Ordusunun “artilleriya silahlı qüvvələrinin gücləndirilməsində strateji dəyişikliklərə töhfə verəcək”.

Xatırladaq ki, daha öncə Şimali Koreya 600 millimetrlik RYAS-dan istifadə edərək şərti nüvə əks-hücumunu həyata keçirmək üçün taktiki təlimlər keçirmişdi.

Son xəbərlər

Orphus sistemi