Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot Yəməndə qəzaya uğrayıb: 12 ölü

Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot Yəməndə qəzaya uğrayıb: 12 ölü Ölənlərdən 4-nün zabit olduğu bildirilir
Digər ölkələr
18 Aprel , 2017 23:24
Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot Yəməndə qəzaya uğrayıb: 12 ölü
Courtesy İmage

Bakı. 18 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus "Black Hawk" markalı hərbi vertolyot Yəməndə qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "Al-Ikhbariya" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Yəmənin Marib vilayətində, hərbi tapşırığın icrası zamanı qeydə alınıb. Qəza nəticəsində 12 nəfər həlak olub. Ölənlərdən 4-nün zabit olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb. Koalisiyanın nümayəndəsi Əhməd Asiri "France Presse"yə bildirib ki, qəzanın başvermə səbəbi barədə danışmaq hələ tezdir. 

Son xəbərlər

Orphus sistemi