​Rusiya Suriyaya 23 ton humanitar yardım göndərib

​Rusiya Suriyaya 23 ton humanitar yardım göndərib Yardım yükündə azuqə və digər həyati əhəmiyyətli ləvazimatlar var
Digər ölkələr
28 May , 2015 18:34
​Rusiya Suriyaya 23 ton humanitar yardım göndərib

Bakı. 28 may. REPORT.AZ/ Rusiyanın humanitar yardım aparan təyyarəsi Suriyaya çatıb.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

"Rusiya hökuməti və xalqının Suriya xalqına göndərdiyi humanitar yardım təyyarəsi azuqə və digər həyati zəruri ləvazimatlar gətirib" , — deyə agentliyin saytında qeyd olunub.

23 ton humanitar yardım Suriyanın Latakiya şəhərinə aparılıb.

Son xəbərlər

Orphus sistemi