Yuxarı

​Rusiya Suriyaya 23 ton humanitar yardım göndərib

Yardım yükündə azuqə və digər həyati əhəmiyyətli ləvazimatlar var

Bakı. 28 may. REPORT.AZ/ Rusiyanın humanitar yardım aparan təyyarəsi Suriyaya çatıb.

"Report" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

"Rusiya hökuməti və xalqının Suriya xalqına göndərdiyi humanitar yardım təyyarəsi azuqə və digər həyati zəruri ləvazimatlar gətirib" , — deyə agentliyin saytında qeyd olunub.

23 ton humanitar yardım Suriyanın Latakiya şəhərinə aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi