Bakı. 15 dekabr. REPORT.AZ/ Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 75 fələstinli yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli
Bununla belə, bildirilir ki, son günlər İordan çayının qərb sahilində vəziyyətin pisləşməsinə baxmayaraq, 8 aydır davam edən "Böyük qayıdış yürüşü"nün miqyası bir qədər azalıb.
"Qəzza sektorunun şərq sahilində İsrail ordusunun əsgərləri ilə toqquşmalarda 75 fələstinli xəsarət alıb. Onlardan 7-i təcili yardımın əməkdaşlarıdır", - deyə əl-Kidr bildirib.
Qeyd edək ki, daha əvvəl İordan çayının qərb sahilindəki toqquşmalarda 1 fələstinlinin həlak olması barədə xəbər verilib. Bildirilir ki, o, silahlıların axtarışı zamanı iki İsrail əsgərinin açdığı atəş nəticəsində öldürülüb. Həkimlər bildiriblər ki, həlak olan şəxsin 18 yaşı olub.