Qəzzada keçirilən aksiyada 11 fələstinli fəal yaralanıb

Qəzzada keçirilən aksiyada 11 fələstinli fəal yaralanıb Bakı. 11 dekabr. REPORT.AZ/ İsrailin təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib.
Digər ölkələr
11 Dekabr , 2018 06:56
Qəzzada keçirilən aksiyada 11 fələstinli fəal yaralanıb

Bakı. 11 dekabr. REPORT.AZ/ İsrailin təhlükəsizlik qüvvələri Qəzza sektorunda dəniz blokadasının aradan qaldırılması ilə bağlı aksiyanın qarşısını almaq üçün döyüş güllələri tətbiq edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qəzza sektorunda anklavın şimalındakı sahil zonasında toplaşan 11 fələstinli fəal güllə yaraları alıb. Dəniz blokadasının aradan qaldırılması üzrə sayca on səkkizinci olan bu aksiya sakinlər tərəfindən mayın 29-dan keçirilir. 

Qeyd edək ki, ötən həftə Qəzza zolağının şərq sərhədində İsrail sərhədçiləri ilə toqquşmalar nəticəsində 33 fələstinli xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi