Yuxarı

Pxenyanda Rusiya və KXDR-in xarici işlər nazirləri arasında görüş olub - ƏLAVƏ OLUNUB

Pxenyanda Rusiya və KXDR-in xarici işlər nazirləri arasında görüş olub - ƏLAVƏ OLUNUB
Lavrov KXDR-ə Koreya yarımadasındakı vəziyyəti müzakirə etmək üçün gedib

Bakı. 31 may. REPORT.AZ/ Rusiya və Şimali Koreyanın xarici işlər nazirləri Sergey Lavrov və Li Yon Xoun görüşü başa çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, nazirlər iki ölkə arasındakı əlaqələri, Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələlərini müzakirə ediblər. 

*** 

Rusiya və Şimali Koreyanın xarici işlər nazirləri Sergey Lavrov və Li Yon Xo Pxenyanda danışıqlara başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, görüş Ali Xalq Məclisinin binasında keçirilir.

Sergey Lavrov KXDR-ə cümə axşamı yarımadadakı vəziyyəti müzakirə etmək üçün yollanıb.

Bundan əvvəl verilən məlumata görə, tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini, həmçinin əsas beynəlxalq və regional problemləri nəzərdən keçirəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi