Pakistanda ABŞ səfirliyinin əməkdaşı maşınla iki motosikletçini vurub

Pakistanda ABŞ səfirliyinin əməkdaşı maşınla iki motosikletçini vurub Nəticədə baykerlər xəsarət alıblar, diplomat isə sərbəst buraxılıb
Digər ölkələr
1 May , 2018 06:33
Pakistanda ABŞ səfirliyinin əməkdaşı maşınla iki motosikletçini vurub

Bakı. 1 may. REPORT.AZ/ Pakistanın paytaxtı İslamabadda ABŞ səfirliyinin əməkdaşı maşını iki motosikletçinin üzərinə sürüb.

"Report" "Dunya News"a istinadən xəbər verir ki, hadisə nəticəsində baykerlər travma alıblar.

KİV-in məlumatına görə, hadisədən sonra diplomat maşından düşməkdən imtina edib. O avtomobili qəza yerinə polis əməkdaşları gəldikdən sonra tərk edib.

Diplomat saxlanılıb, lakin sonda sərbəst buraxılıb.

Bildirilir ki, maşını Birləşmiş Ştatların İslamabaddakı səfirliyinin ikinci katibi idarə edib.

Son xəbərlər

Orphus sistemi