Maltanın baş naziri Cozef Muskat ikinci müddətə seçilib

Maltanın baş naziri Cozef Muskat ikinci müddətə seçilib Onun rəhbərlik etdiyi Leyboristlər partiyası vaxtından əvvəl keçirilən seçkilərdə böyük fərqlə qələbə qazanıb
Digər ölkələr
5 İyun , 2017 10:51
Maltanın baş naziri Cozef Muskat ikinci müddətə seçilib

Bakı. 5 iyun. REPORT.AZ/ Maltanın baş naziri Cozef Muskat ikinci müddətə seçilib.

"Report" Malta KİV-inə istinadən xəbər verir ki, onun rəhbərlik etdiyi Leyboristlər partiyası vaxtından əvvəl keçirilən və seçici fəallığının 92% olduğu seçkilərdə böyük fərqlə qələbə qazanıb.

"Seçicilərin seçdiyimiz kursu dəstəklədikləri tam aydındır", - deyə 43 yaşlı C.Muskat bildirib.

Onun rəqibi, Maltanın mühafizəkar Milliyyətçi Hərəkat Partiyasının lideri Saymon Busuttil məğlubiyyətini qəbul edib.

Qeyd edək ki, mayın 1-də baş nazir C.Muskat ölkədə parlament seçkilərinin vaxtından əvvəl - iyunun 3-də keçiriləcəyini elan edib. Baş nazir müxalifəti onun haqqında yalan məlumatlar yaymaqda və ölkənin siyasi və iqtisadi sabitliyini pozmaqda ittiham edib.

Maltada növbəti parlament seçkiləri 2018-ci ildə keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi