Yuxarı
    Bağlamaq

    Kuba ABŞ-ın Suriyaya raket zərbəsini pisləyib

    Bu, BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi pozulması deməkdir

    Bakı. 8 aprel. REPORT.AZ/ Kubanın xarici işlər nazirinin müavini Roxelio Syerra ABŞ-ın Suriyanın aviabazasına hücumunu tənqid edib.

    "Report" xəbər verir ki, o, Birləşmiş Ştatların bu addımla BMT nizamnaməsini pozduğunu bildirib.

    "BMT-dən yan keçməklə həyata keçirilən bu qanunsuz güc aksiyası BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi və kobud şəkildə pozulması deməkdir. Bu, sözügedən ölkədə və ümumilikdə regionda münaqişəni daha da gərginləşdirir və onu danışıqlar yolu ilə nizamlanma prosesindən uzaqlaşdırır", - deyə "Granma" nəşri Siyerranın sözlərini sitat gətirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi