Kuba ABŞ-ın Suriyaya raket zərbəsini pisləyib

Kuba ABŞ-ın Suriyaya raket zərbəsini pisləyib Bu, BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi pozulması deməkdir
Digər ölkələr
8 Aprel , 2017 07:32
Kuba ABŞ-ın Suriyaya raket zərbəsini pisləyib

Bakı. 8 aprel. REPORT.AZ/ Kubanın xarici işlər nazirinin müavini Roxelio Syerra ABŞ-ın Suriyanın aviabazasına hücumunu tənqid edib.

"Report" xəbər verir ki, o, Birləşmiş Ştatların bu addımla BMT nizamnaməsini pozduğunu bildirib.

"BMT-dən yan keçməklə həyata keçirilən bu qanunsuz güc aksiyası BMT nizamnaməsi, beynəlxalq hüquq və dövlət suverenliyinin ciddi və kobud şəkildə pozulması deməkdir. Bu, sözügedən ölkədə və ümumilikdə regionda münaqişəni daha da gərginləşdirir və onu danışıqlar yolu ilə nizamlanma prosesindən uzaqlaşdırır", - deyə "Granma" nəşri Siyerranın sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi