Kolumbiyada COVID-19-a rekord sayda yoluxma qeydə alındı

Kolumbiyada COVID-19-a rekord sayda yoluxma qeydə alındı Kolumbiya Səhiyyə Nazirliyi bəyan edib ki, son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4 149 yoluxma halı qeydə alınıb. Qeyd olunub ki, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.
Digər ölkələr
28 İyun , 2020 07:20
Kolumbiyada COVID-19-a rekord sayda yoluxma qeydə alındı

Kolumbiya Səhiyyə Nazirliyi bəyan edib ki, son sutka ərzində yeni növ koronavirus infeksiyasına (COVID-19) 4 149 yoluxma halı qeydə alınıb. Qeyd olunub ki, bu, pandemiya başlayandan bəri rekord yoluxma sayıdır.

“Report” “TASS”a istinadən xəbər verir ki, son 24 saatda COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 123 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 88 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 273 nəfər müalicə olunaraq sağalıb, - 2 939 nəfər vəfat edib. 

Son xəbərlər

Orphus sistemi