KİV: A320 təyyarəsini qaçıran şəxs Türkiyəyə uçmaq istəyir

KİV: A320 təyyarəsini qaçıran şəxs Türkiyəyə uçmaq istəyir Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır
Digər ölkələr
29 Mart , 2016 14:23
KİV: A320 təyyarəsini qaçıran şəxs Türkiyəyə uçmaq istəyir

Bakı. 29 mart. REPORT.AZ/ Kiprin Larnaka şəhərində yerə enən "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran şəxs təcili surətdə təyyarənin benzin çənlərinin doldurulmasını tələb edib. O, Türkiyəyə uçmağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı "EgyptAir" aviaşirkətindəki mənbəsinə istinadən məlumat verib.

Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır. Onlar ekipaj üzvləri və əcnəbi sərnişinlərdir.

Son xəbərlər

Orphus sistemi