Yuxarı

KİV: A320 təyyarəsini qaçıran şəxs Türkiyəyə uçmaq istəyir

Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır

Bakı. 29 mart. REPORT.AZ/ Kiprin Larnaka şəhərində yerə enən "EgyptAir" aviaşirkətinin A320 sərnişin təyyarəsini qaçıran şəxs təcili surətdə təyyarənin benzin çənlərinin doldurulmasını tələb edib. O, Türkiyəyə uçmağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı "EgyptAir" aviaşirkətindəki mənbəsinə istinadən məlumat verib.

Ələ keçirilmiş Misir laynerinin göyərtəsində hələ də 8-9 nəfər qalır. Onlar ekipaj üzvləri və əcnəbi sərnişinlərdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi