Yuxarı

İspaniyada kimya zavodunda partlayış olub

Yerli sakinlərə evdən çıxmamaq məsləhət görülüb

Bakı. 8 fevral. REPORT.AZ/ İspaniyanın Valensiya bölgəsində Xlor emalı zavodunda partlayış olub.

“Report” “El Mundo” qəzetinə istinadən xəbər verir ki, hadisə Patern kimya zavodunda baş verib.

Məlumata görə, əvvəlcə güclü partlayış olub, ardınca tüstü yaranıb, bundan sonra isə silsilə partlayış səsləri eşidilib.

Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. Ancaq yerli sakinlərə evdən çıxmamaq məsləhət görülüb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi