Yuxarı

Suriyada Britaniyanın 5 hərbçisi həlak olub

İngilis hərbçilər İŞİD silahlılarının zərbəsi nəticəsində həlak olub

Bakı. 10 yanvar. REPORT.AZ/ Suriyada İŞİD silahlılarının atdığı raket nəticəsində Britaniyanın 5 hərbçisi həlak olub.

"Report"n məlumatına görə, bu barədə mənbələrə istinadən "al-Watan" qəzeti xəbər verib.

Xəbərdə vurğulanır ki, həlak olan hərbi qulluqçular beynəlxalq koalisiya qüvvələrinin tərkibinə daxil idilər.

Raket zərbəsi nəticəsində həmçinin bir neçə nəfər də xəsarət alıb. Onlar əş-Şadadi (Hasaka əyaləti) xəstəxanasına çatdırılıblar. Yaralıların sayı açıqlanmır.

Ötən gün Suriyanın Hama şəhərində terrorçular tərəfindən quraşdırılan minanın partlaması nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi