Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb, 50 nəfər ölüb

Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb, 50 nəfər ölüb Bakı. 11 sentyabr. REPORT.AZ/ Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb.
Digər ölkələr
11 Sentyabr , 2018 15:22
Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb, 50 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Hindistanda zəvvarları aparan avtobus dərəyə aşıb. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də səhər saatlarında Telinqan ştatının Caqtyal dairəsində qeydə alınıb. 

Qəza nəticəsində 50 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb. Ölənlər arasında uşaqlar da var. Yarlılar xəstəxanaya yerləşdirilib.

Zəvvarlar dağ aşırımından keçərək məşhur Kondaqattu ziyarətgahına gedirmiş. Polis qəzanın baş verməsinin səbəblərindən biri kimi avtobusun əyləcinin nasaz olmasını göstərir. 

Qeyd edək ki, qəza Hindistan üzrə son bir neçə ildə qeydə alınan ən böyük yol-nəqliyyat hadisəsi olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi