Yuxarı

"G-20"liyin virtual sammiti keçirilir

"G-20"liyin virtual sammiti keçirilir
Dinlə

1079

© GOOGLE

“Böyük 20”liyin (“G-20”) virtual zirvə toplantısı başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sammit koronavirusla mübarizəyə həsr olunub.

Bildirilib ki, martın 26-da başlayan tədbirə Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdel Əziz əl-Səud sədrlik edir.

Məlumata görə, növbədənkənar toplantıya yalnız “G-20”liyin üzvləri deyil, bir sıra dövlətlərin, beynəlxalq və regional təşkilatların nümayəndələri də qatılıblar. İspaniya, İordaniya, Sinqapur və İsveçrənin rəsmi dövlət təmsilçiləri, regional qurumlardan - ASEAN, Afrika İttifaqı, Ərəb ölkələrinin Körfəz Əməkdaşlıq Şurası, beynəlxalq təşkilatlardan - Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, BMT və s.-in nümayəndələri zirvə toplantısındakı müzakirələrdə iştirak edirlər. 

Xatırladaq ki, “G-20”liyin zirvə toplantısı 2019-cu ildə Yaponiyada keçirilib. 2020-ci ildə isə Səudiyyə Ərəbistanında keçirilməli idi. 

Qeyd edək ki, “G-20″liyə ABŞ, Avstraliya, Argentina, Almaniya, Böyük Britaniya, Braziliya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Çin, Rusiya, Türkiyə, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı və Avropa İttifaqı daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi