Yuxarı
    Bağlamaq

    FTB ABŞ-da İŞİD tərəfindən mümkün terror hücumları barədə xəbərdarlıq edir

    ABŞ Dövlət Departamenti Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Federal Təhqiqatlar Bürosu (FTB) Milad günlərində ABŞ ərazisində İŞİD terrorçu qruplaşması tərəfindən terror aktlarının həyata keçirilməsi ehtimalı barədə xəbərdarlıq yayıb. Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

    "FTB bəzi onlayn yazılarda Amerika kilsələrinə qarşı hücumlar etmək barədə çağırışlardan xəbərdardır. Həmişə olduğu kimi, FTB vəziyyətə nəzarət edir və bu təhdidlərin nə qədər ciddi olduğunu araşdırır", - Büronun məlumatında bildirilir.

    Eyni zamanda, ABŞ Dövlət Departamenti, yüksək terror təhlükəsini əsas gətirərək, Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi