FTB ABŞ-da İŞİD tərəfindən mümkün terror hücumları barədə xəbərdarlıq edir

FTB ABŞ-da İŞİD tərəfindən mümkün terror hücumları barədə xəbərdarlıq edir ABŞ Dövlət Departamenti Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb
Digər ölkələr
24 Dekabr , 2016 11:40
FTB ABŞ-da İŞİD tərəfindən mümkün terror hücumları barədə xəbərdarlıq edir

Bakı. 24 dekabr. REPORT.AZ/ Federal Təhqiqatlar Bürosu (FTB) Milad günlərində ABŞ ərazisində İŞİD terrorçu qruplaşması tərəfindən terror aktlarının həyata keçirilməsi ehtimalı barədə xəbərdarlıq yayıb. Bu barədə “Report” BBC-yə istinadən xəbər verir.

"FTB bəzi onlayn yazılarda Amerika kilsələrinə qarşı hücumlar etmək barədə çağırışlardan xəbərdardır. Həmişə olduğu kimi, FTB vəziyyətə nəzarət edir və bu təhdidlərin nə qədər ciddi olduğunu araşdırır", - Büronun məlumatında bildirilir.

Eyni zamanda, ABŞ Dövlət Departamenti, yüksək terror təhlükəsini əsas gətirərək, Amerika turistlərini İordaniya və Misirin bəzi rayonlarına səfər etməkdən imtina etməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi