Fransada məktəbdə silahlı atışma olub, yaralananlar var - YENİLƏNİB-2

Fransada məktəbdə silahlı atışma olub, yaralananlar var - YENİLƏNİB-2 ​Fransada məktəbdə silahlı atışma olub, yaralananlar var
Digər ölkələr
16 Mart , 2017 17:16
Fransada məktəbdə silahlı atışma olub, yaralananlar var - YENİLƏNİB-2

Bakı. 16 mart. REPORT.AZ/ Qras şəhərindəki liseydə atəş açanın şagird olduğu müəyyən edilib. 

“Report” “The Local”a istinadən xəbər verir ki, o, iki tapança və bir ov tüfəngi ilə silahlanıbmış.

Fransa hakimiyyəti bunun terror təhlükəsi olduğunu elan etsə də, məktəbdəki atışma terror deyil. 

Məlumata görə, hadisə ilə bağlı əvvəlcə bir məktəbli şübhəli şəxs qismində tutulub, o biri isə qaçıb.

*** 16:35

Fransa hakimiyyəti Qras şəhərindəki liseydə baş verən atışmanının terror təhlükəsi ilə bağlı xəbərdarlıq kimi dəyərləndirib.

"Report" "Reuters”iə istinadən xəbər verir ki, atışmadan sonra bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstəsi yerləşdirilib.

*** 16:23

Bakı. 16 mart. REPORT.AZ/ Fransanın Qras şəhərindəki məktəbdə baş verən atışma nəticəsində yaralananlar var.

“Report” xəbər verir ki, bu barədə “France Press” məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi