Bakı. 14 dekabr. REPORT.AZ/ Fransada ötən ay təhlükəsizlik qurumları “sarı jiletlilər”in keçirdiyi nümayişlərdə hücum hazırlayan terror dəstəsini saxlayıblar.
“Report” xəbər verir ki, bu barədə bu gün “Europe1” radiosunun canlı efirində daxili işlər naziri Kristof Kastaner məlumat verib.
“Noyabrın 14-də, yəni “sarı jiletlilər”in ilk nümayişlərindən üç gün əvvəl etirazçılara qarşı hücum hazırlayan terrorçu dəstəni yox etmişik”, - deyən nazir sabah Parisdə nümayişlərin beşinci mərhələsinin keçiriləcəyini xatırladaraq iştirakçıları məsuliyyətli olmağa çağırıb.