Fransada 700 kq-a yaxın kokain müsadirə edilib

Fransada 700 kq-a yaxın kokain müsadirə edilib Fransada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Havr şəhərində 680 kq kokain müsadirə ediblər.
Digər ölkələr
11 Noyabr , 2019 00:30
Fransada 700 kq-a yaxın kokain müsadirə edilib

Fransada Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Baş İdarəsinin əməkdaşları Havr şəhərində 680 kq kokain müsadirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Franceinfo” məlumat yayıb.

Qeyd olunub ki, Fransanın Havr şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən üç nəfər saxlanılıb.

Narkotik vasitə isə liman yaxınlığında yerləşən yaşayış binasında aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə bir avtomat və tüfəng tapıblar.

Polisin məlumatına görə, kokain Fransaya Braziliyadan gətirilib.

Son xəbərlər

Orphus sistemi