Yuxarı

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib

Filippində 31 İŞİD silahlısı zərərsizləşdirilib
Hərbi əməliyyatlar zamanı həmçinin 6 hərbçi də həlak olub.
© Nbcnews.com

Bakı. 25 may. REPORT.AZ/ Son iki gündə Filippində keçirilən hərbi əməliyyatların gedişində 31 İŞİD silahlısı zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" ölkənin hərbi generalına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, silahlılar Filippinin cənubundakı Maravi şəhərində məhv ediliblər. Ordu təmsilçisinin sözlərinə görə, İŞİD silahlılarından 13-ü çərşənbə günü öldürülüb.

Cümə axşamı keçirilən hərbi əməliyyat zamanı həmçinin 6 hərbçi də həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi