Qəzzada İsrail əsgərləri ilə toqquşmalarda 20 fələstinli xəsarət alıb

Qəzzada İsrail əsgərləri ilə toqquşmalarda 20 fələstinli xəsarət alıb Bakı. 5 yanvar. REPORT.AZ/ Qəzza sektoru sərhədində fələstinlilərlə İsrail ordusunun hərbçiləri arasında növbəti toqquşma baş verib.
Digər ölkələr
5 Yanvar , 2019 05:11
Qəzzada İsrail əsgərləri ilə toqquşmalarda 20 fələstinli xəsarət alıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Qəzza sektoru sərhədində fələstinlilərlə İsrail ordusunun hərbçiləri arasında növbəti toqquşma baş verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" Fələstinin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, etiraz aksiyası zamanı baş verən toqquşmada 20 fələstnli xəsarət alıb.

"İsrail işğalçıları 15 nəfəri güllələrlə yaralayıblar. Daha 5 feldşer qaz bombası nəticəsində xəsarət alıb", - deyə nazirlikdən bildirilib.

Daha əvvəl xəbər verilib ki, Qəzza sektoru boyunca İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 4 nəfərə çatıb. Məlumata görə, 18 yaşlı fələstinli aldığı yaralardan xəstəxanada vəfat edib.

Son xəbərlər

Orphus sistemi