Yuxarı

Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib

Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib
Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb. 

Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. B.Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi