Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib

Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb
Digər ölkələr
149
27 Yanvar , 2016 11:05
Emomali Rahmon qızını Prezident Aparatının rəhbəri təyin edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Emomali Rahmon qızı Ozoda Rahmonu Prezident Aparatının rəhbəri təyin edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Tacikistan dövlət başçısının mətbuat xidməti yayıb. 

Ozoda Rahmon bundan əvvəl Tacikistanın xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Yeni vəzifədə o, Baxtiyer Xudoyerzodanı əvəz edib. B.Xudoyerzodanın namizədliyi isə Mərkəzi Komissiyanın sədri vəzifəsinə irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi