Əfqanıstanda partlayış törədilib, 20 nəfər ölüb, 70 nəfər yaralanıb - YENİLƏNİB

Əfqanıstanda partlayış törədilib, 20 nəfər ölüb, 70 nəfər yaralanıb - YENİLƏNİB Bakı. 5 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
Digər ölkələr
5 Sentyabr , 2018 20:41
Əfqanıstanda partlayış törədilib, 20 nəfər ölüb, 70 nəfər yaralanıb - YENİLƏNİB
РИА Новости / Валерий Мельников

Bakı. 5 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən iki partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.  

“Report”un 1TV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ölkə paytaxtının qərb hissəsində törədilmiş terror aktı nəticəsində daha 70 nəfərin yaralandığı bildirilir. 


*** 19:05

Əfqanıstanın paytaxtı Kabildə döyüş klubunda partlayış baş verib.

“Report”un “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“Tolo News” telekanalının xəbərinə əsasən, paytaxtın 13-cü məhəlləsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin rəsmisi Nəcib Daniş bildirib ki, partladıcı qurğu terrorçu kamikadze tərəfindən işə salınıb.

Hələlik heç bir silahlı qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi