Yuxarı
    Bağlamaq

    Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib

    Dinlə
    ABŞ hüquq müdafiəçiləri prezidentindən qeyri-leqal miqrantlar üçünqanunsuz şəraitin dərhal düzəldilməsini tələb ediblər

    Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir.

    "Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.

    Sənəddə qeyd edilir ki, həbsxanada məhkumlara, hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi