Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib

Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib ABŞ hüquq müdafiəçiləri prezidentindən qeyri-leqal miqrantlar üçünqanunsuz şəraitin dərhal düzəldilməsini tələb ediblər
Digər ölkələr
2 Avqust , 2018 15:27
Donald Tramp ABŞ-da miqrantların həbsxanalarda saxlanma şəraitinə görə məhkəməyə verilib
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-da hüquq müdafiəçiləri qeyri-leqal miqrantların həbsxanalarda saxlanma şəraiti ilə əlaqədar ABŞ prezidenti Donald Trampın administrasiyasına, ABŞ İmmiqrasiya-Gömrük Polisinə (ICE) və Federal Həbsxana Bürosuna qarşı iddia qaldırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın aparıcı hüquq müdafiəsi təşkilatı olan Amerika Vətəndaş Azadlıqları İttifaqının (ACLU) saytında dərc olunan press-relizdə bildirilir.

"Məhkəmədən İCE-yə qanunsuz şəraiti dərhal düzəltmək və yekunda saxlanılanların həbsxanadan nəql olunması ilə bağlı göstəriş verməsini xahiş edirik" - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, həbsxanada məhkumlara, hər şey bir kənara, lazımi tibbi yardım göstərilmir, eləcə də normal yemək verilmir.

Son xəbərlər

Orphus sistemi