Dominikan Respublikasında turist vertolyotu radarlardan itib

Dominikan Respublikasında turist vertolyotu radarlardan itib Bakı. 23 noyabr. REPORT.AZ/ Cümə axşamı Dominikan Respublikasında göyərtəsində 6 nəfərin olduğu yerli turizm şirkətindən birinə məxsus vertolyot radarlardan itib.
Digər ölkələr
23 Noyabr , 2018 08:52
Dominikan Respublikasında turist vertolyotu radarlardan itib

Bakı. 23 noyabr. REPORT.AZ/ Cümə axşamı Dominikan Respublikasında göyərtəsində 6 nəfərin olduğu yerli turizm şirkətindən birinə məxsus vertolyot radarlardan itib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Listin Diario" qəzeti yazıb.

Nəşrin məlumatına görə, vertolyot ölkənin şimalında yerləşən Rio-San-Xuan şəhərindən havaya qalxdıqdan sonra dispetçerlərlə əlaqəsi kəsilib. Helikopterdə pilot və beş turist olub.

Hazırda vertolyotun axtarışı üzrə əməliyyata başlanılıb.

Bundan əvvəl Çində vertolyot qəzası nəticəsində iki nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi