Yuxarı

Çin öz istehsalı olan ilk aviadaşıyıcısını suya buraxıb

Gəmi 2020-ci ildən tez silahlandırılmaya qəbul edilməyəcək
© Imaginechina/East News

Bakı. 26 aprel. REPORT.AZ/ Çin öz istehsalı olan ilk təyyarə daşıyan gəmisini suya buraxıb.

"Report" "Sinxua"ya istinadən xəbər verir ki, gəmi 2020-ci ildən tez silahlandırılmaya qəbul edilməyəcək.

Döyüş gəmisi bir çox sınaqlardan keçəcək.

Hazırda Çin Hərbi Dəniz Qüvvələrinin ixtiyarında "Lyaonin" təyyarə daşıyan gəmisi var. O, Çində keçmiş Sovet ağır təyyarə daşıyıcısı olan "Varyaq"ın bazasında tikilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi