Yuxarı

Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək

Çin koronavirusa görə 6 günə xəstəxana tikəcək

Çinin Uhan şəhərində koronavirus (2019-nCoV) daşıyıcıları üçün ayrıca xəstəxananın tikintisinə başlanılıb.

“Report” RBC-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Mərkəzi Televiziyası yayıb. 

Bildirilib ki, tikinti işlərinin 6 günə başa çatdırılacağı planlaşdırılır. 1000 çarpayılıq üçün nəzərdə tutulan xəstəxananın sahəsi 25000 m² olacaq.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb. Yoluxma halları həmçinin Sinqapur, Cənubi Koreya, Tailand, Yaponiya və ABŞ-da qeydə alınıb. Virusun yayılması ilə əlaqədar ÜST təcili iclas keçirib və bütün ölkələrə virusun yayılmasına hazır olmağı tövsiyə edib.

Alparslan Öztürk

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi