Yuxarı

Çexiyada qrip epidemiyasından 50 nəfər ölüb

Çexiyada qrip epidemiyasından 50 nəfər ölüb
Bu, son üç həftə ərzində qeydə alınıb

Bakı. 28 fevral. REPORT.AZ/ Üç həftə ərzində Çexiyada qrip epidemiyasından 50 nəfər dünyasını dəyişib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Dövlət Sağlamlıq İnstitutunun məlumatına istinadən CTK milli agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ölənlərdən 43 nəfəri 60 yaşdan yuxarı olub. Ümumilikdə 199 xəstə xəstəxanaya yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi