Cənubi Koreya prezidentinin müşaviri: "KXDR-in nüvə potensialının aradan qaldırılması 10 il çəkəcək"

Cənubi Koreya prezidentinin müşaviri: "KXDR-in nüvə potensialının aradan qaldırılması 10 il çəkəcək" Bakı. 12 iyun. REPORT.AZ/ KXDR-in raket-nüvə potensialının tam aradan qaldırılması ən azı 10 il çəkəcək.
Digər ölkələr
12 İyun , 2018 10:49
Cənubi Koreya prezidentinin müşaviri: KXDR-in nüvə potensialının aradan qaldırılması 10 il çəkəcək
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ "KXDR-in raket-nüvə potensialının tam aradan qaldırılması ən azı 10 il çəkəcək".

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq əlaqələr və milli təhlükəsizlik üzrə xüsusi müşaviri Mun Çjon İn Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində bildirib.

"Koreya, ABŞ və Yaponiyanı təhdid edən Şimali Koreyanın nüvə silahları, radioaktiv materialları və qitələrarası ballistik raketləri məsələsi iki il yarıma həll oluna bilər. Amma müvafiq obyektlərin də aradan qaldırılması ilə bütün proses 10 ilə başa çatdırıla bilər", - Mun Çjon İn deyib.

Prezident müşaviri qeyd edib ki, bunun əvəzində Şimali Koreya üç növ - siyasi, hərbi və iqtisadi zəmanət tələb edir: "İndi əsas məsələ ABŞ-ın bu mövzuda nə təklif edəcəyi ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi