Yuxarı

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahının əməkdaşları iş yerlərinə qayıdıblar - YENİLƏNİB

BMT-nin Nyu-Yorkdakı Baş Qərargahının əməkdaşları iş yerlərinə qayıdıblar - YENİLƏNİB
Alov tam söndürülüb

Bakı. 18 iyul. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı Baş Qərargahının əməkdaşları təxliyyədən sonra iş yerlərinə qayıdıblar. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, yarım saat keçməmiş insanlar iş başına qayıdıblar.

BTN-nin mühafizə xidmətin işçisinin sözlərinə görə, yanğın ventilyasiya kollektorunda baş verib. Toksin qazının ətrafa yayılmasından ehtiyatlanan mühafizə xidməti təxliyyə barədə qərar qəbul edib. Bir qədər sonra alov söndürülüb.

***19:58

Bakı. 18 iyul. REPORT.AZ/ BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yanğın həyəcanı ilə baglı təxliyyə elan edilib.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, ümumi təxliyyəyə çağırış yerli vaxtla saat 11 radələrində olunub. BMT-nin işçiləri həyətə çıxarılıblar, lakin küçədən tüstü görünməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi