Yuxarı

Banqladeşdə ordu helikopteri qəzaya uğrayıb, 4 hərbi yaralanıb

Banqladeşdə ordu helikopteri qəzaya uğrayıb, 4 hərbi yaralanıb
© РИА Новости / Игорь Агеенко

Bakı. 3 yanvar. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Mi-6” helikopterinin sərt eniş etməsi nəticəsində pilot və xarici vətəndaş da daxil olmaqla azı 4 nəfər yaralanıb. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrin təmsilçisi Rizol Karim bildirib.

Onun sözlərinə görə, hadisə yanvarın 3-də yeri vaxtla səhər saatlarında Srimanqal yaşayış məntəqəsində baş verib.

Helikopter uçuş-enmə zolağının yaxılığında qəza enişi edib.

İnformasiyaya əsasən, helikopterin göyərtəsində 15 nəfər, o cümlədən Banqladeşdə səfərdə olan Küveyt Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri də olub. "Dhaka Tribune" adlı qəzetin məlumatına görə, onlardan ikisi yaralanıb. Yaralı küveytlilər yerli hospitala yerləşdiriliblər

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi