Bakı. 3 yanvar. REPORT.AZ/ Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus “Mi-6” helikopterinin sərt eniş etməsi nəticəsində pilot və xarici vətəndaş da daxil olmaqla azı 4 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə silahlı qüvvələrin təmsilçisi Rizol Karim bildirib.
Onun sözlərinə görə, hadisə yanvarın 3-də yeri vaxtla səhər saatlarında Srimanqal yaşayış məntəqəsində baş verib.
Helikopter uçuş-enmə zolağının yaxılığında qəza enişi edib.
İnformasiyaya əsasən, helikopterin göyərtəsində 15 nəfər, o cümlədən Banqladeşdə səfərdə olan Küveyt Silahlı Qüvvələrinin yüksək vəzifəli nümayəndələri də olub. "Dhaka Tribune" adlı qəzetin məlumatına görə, onlardan ikisi yaralanıb. Yaralı küveytlilər yerli hospitala yerləşdiriliblər