Banqladeşdə daxmalarda yanğın zamanı 9 nəfər ölüb

Banqladeşdə daxmalarda yanğın zamanı 9 nəfər ölüb Bakı. 17 fevral. REPORT.AZ/ Banqladeşin Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş vermiş yanğın nəticəsində azı 9 nəfər həyatını itirib.
Digər ölkələr
17 Fevral , 2019 10:38
Banqladeşdə daxmalarda yanğın zamanı 9 nəfər ölüb

Bakı. 17 fevral. REPORT.AZ/ Banqladeşin Çittaqonq şəhərinin daxmalar yerləşən ərazisində baş vermiş yanğın nəticəsində azı 9 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli yanğınsöndürənlərə istinadən "Daily Star" nəşri məlumat yayıb.

Bildirilir ki, yanğın gecə saatlarında ölkənin cənub-şərqində qeydə alınıb. Nəticədə təqribən koma məhv olub.

"Reuters"in məlumatına görə, 50-dən çox insan xəsarət alıb.

Daha əvvəl Nyu-Dehlidə oteldə yanğın zamanı 17 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi