Yuxarı

Nyu-Dehlidə hoteldə yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 12 fevral. REPORT.AZ/ Nyu-Dehli şəhərindəki hoteldə yanğın zamanı ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə "Report" NDTV telekanalına istinadən məlumat verir.

Xəstəxanaya 3 yaralı çatdırılıb.

Ölənlər arasında özünü pəncərədən çölə atan qadın və uşaq da var.

Bundan əlavə, 34 nəfər təxliyyə edilib və ya özləri xilas olmağı bacarıb.


***07:39

Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən "Arpit Palace" otelində yanğın zamanı azı 9 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Indian Express" qəzeti yazıb.

Nəşr bildirir ki, yanğın çərşənbə axşamı səhər başlayıb.

Məlumata görə, hadisə yerinə yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub.

Daha əvvəl Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi