Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb

Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb Bakı. 8 fevral. REPORT.AZ/ Braziliyanın Flamenqo klubunun təlim-məşq bazasında yanğın baş verib.
Futbol
8 Fevral , 2019 14:42
Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb

Bakı. 8 fevral. REPORT.AZ/ Braziliyanın "Flamenqo" klubunun təlim-məşq bazasında yanğın baş verib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər həlak olub. İki şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Yanğın "Flamenqo" Akademiyasında təhsil alan 14 - 17 yaşlı futbolçuların yaşadığı blokda qeydə alınıb.

Rio-de-Janeyroda yerləşən bazada yerli vaxtla saat 5:00 radələrində başlayan yanğın saat 7:20-də nəzarət altına alınıb. Hadisənin səbəbləri bəlli deyil. 

Son xəbərlər

Orphus sistemi