Yuxarı

Avstraliyada güclü "Debbi" qasırğası baş verib, 1 nəfər ölüb

Avstraliyada güclü "Debbi" qasırğası baş verib, 1 nəfər ölüb
30 mindən çox insana evlərini tərk etmək tövsiyə olunub

Bakı. 28 mart. REPORT.AZ/ Avstraliyanın şimal-şərqində yerləşən Kvinslend ştatında "Debbi" qasırğası baş verib.

"Report" xəbər verir ki, bu barədə Avstraliyanın Meteoroloji Bürosu məlumat yayıb.

Büro bundan əvvəl qasırğa barədə xəbərdarlıq edib və bunun 2011-ci ildə baş verən tropik "Yasi" qasırğasından daha pis ola biləcəyini xəbər verib.

Qasırğa daha çox Makkay şəhərinə ziyan vura bilər. Yaxınlaşmaqda olan qasırğa nəticəsində artıq bir nəfər ölüb, 30 mindən çox insana evlərini tərk etmək tövsiyə olunub, Taunsvill beynəlxalq hava limanının işi dayandırılıb.

Meteoroloqlar qasırğanı 5 mümkün dərəcədən 4-cüyə aid ediblər. Hazırda küləyin sürəti saatda 260 km. təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi