Yuxarı

Avropada koronavirus gəmiçiliyə ziyan vurur

Avropada koronavirus gəmiçiliyə ziyan vurur

© google.az

Avropanın iri gəmiçilik şirkətləri koronavirusla bağlı məhdudiyyətlər üzündən ziyan çəkir.

“Report” “Welt”ə istinadən xəbər verir ki, Almaniya Gəmiçilər İttifaqının prezidenti Alfred Hartmanın fikrincə, Çindən yük daşımalarının azalması hissələrin, xammalın qıtlığına səbəb ola bilər.

Məşhur “Maersk” beynəlxalq gəmiçilik şirkəti son iki həftə ərzində Çindən 50 reysi ləğv etmək məcburiyyətində qalıb.

Beynəlxalq Dənizçilər Təşkilatının (İMO) məlumatına görə, dünya gəmiçiliyinin ticarət dövriyyəsində hər həftəlik 350 milyon ABŞ dollarınadək zərərə uğrayır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi