Bakı. 30 oktyabr. REPORT.AZ/ Avropada tüğyan edən "Hervart" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "SBS" məlumat yayıb.
Qeyd olunur ki, Almaniyanın Aşağı Saksoniya və Şimali Reyn-Festvaliya federal ərazilərində 2 nəfər pis hava şəraitinin qurbanı olub. "Hervart" qasırğası Almaniyanın mərkəzi və şimali hissəsində оktyabrın 29-da tüğyan etməyə başlayıb.
Daha əvvəl isə Polşada iki nəfər təbii hadisənin qurbanı olub. Bununla yanaşı, daha 2 nəfərin də Çexiyada qasırğanın qurbanı olmaları barədə xəbər verilib.