Avropada "Hervart" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb

Avropada "Hervart" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb Almaniyada 2 nəfər pis hava şəraitinin qurbanı olub
Digər ölkələr
30 Oktyabr , 2017 05:04
Avropada Hervart qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb
"Reuters"

Bakı. 30 oktyabr. REPORT.AZ/ Avropada tüğyan edən "Hervart" qasırğası qurbanlarının sayı 6 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "SBS" məlumat yayıb.

Qeyd olunur ki, Almaniyanın Aşağı Saksoniya və Şimali Reyn-Festvaliya federal ərazilərində 2 nəfər pis hava şəraitinin qurbanı olub. "Hervart" qasırğası Almaniyanın mərkəzi və şimali hissəsində оktyabrın 29-da tüğyan etməyə başlayıb.

Daha əvvəl isə Polşada iki nəfər təbii hadisənin qurbanı olub. Bununla yanaşı, daha 2 nəfərin də Çexiyada qasırğanın qurbanı olmaları barədə xəbər verilib.

Son xəbərlər

Orphus sistemi